"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrdə “Xocalı soyqırımı”nın anım mərasimləri keçirilib

--2017-02-27 / 14:04

Yevlax bələdiyyəsi:

Yevlax bələdiyyəsinin sədri Elmi Səfərliyevin Belediyye.infoya verdiyi məlumata görə,  Yevlax bələdiyyəsinin üzvləri və  bələdiyyə qulluqçularının iştirakı ilə Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar bələdiyyənin iclas zalında anım mərasimi keçirilmişdir: “Mərasim iştirakçıları daha sonra Xocalı abidəsini ziyarət etmiş və abidə önünə gül dəstələri qoymuşlar. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq.”

Binəqədi rayon Xocasən bələdiyyəsi:

Binəqədi rayon Xocasən bələdiyyəsinin  Belediyye.infoya verdiyi məlumata görə,  25.02.2017 -ci il tarixində Xocəsən bələdiyyəsinin ictimai humanitar sektorunun təşkilatçılığı ilə qəsəbədə yerləşən 217 saylı orta məktəbin 10, 11 - ci sinif şagirdləri Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət ediblər. əsas məqsəd “Xocalı soyqırımı” haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır.

Belediyye.info

ŞƏRHLƏR